SON XƏBƏR

ABŞ Dövlət Departamenti Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır

Aprel 26
00:12 2017
Birləşmiş Ştatlar Türkiyənin Suriya və İraq ərazisindəki fəaliyyətindən narahatdır.
 
"Report" AFP-yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib.
 
RİA "Novosti"nin məlumatına görə, Töner qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə koordinasiyasız zərbələr endirib.
 
"Biz Türkiyənin bu gün nə ABŞ, nə də İŞİD-ə qarşı vuruşan qlobal koalisiya ilə lazımi əlaqələndirmə olmadan Suriya və İraqın şimalına havadan zərbələr endirməsindən çox, dərindən narahatıq. Biz bu narazıçılığımıızı birbaşa Türkiyə hökumətinə bildirmişik", — deyə departamentdən bildirilib.
 
Onun sözlərinə görə, bu aviazərbələr koalisiya tərəfindən təqdir edilməyib və kürd könüllülər də daxil olmaqla İŞİD-lə mübarizə üzrə tərəfdaşların ölümünə gətirib çıxarıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook