SON XƏBƏR

ABŞ-dan PKK-ya növbəti yardım

Avqust 22
12:46 2017
ABŞ höküməti PKK terror təşkilatının Suriya qolu olan YPG-yə növbəti yardımı edib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, növbəti 60 yük maşını silah-sursat YPG-yə göndərilib. Bu günə qədər göndərilən hərbi texnika 1300 yük maşını miqdarındadır. 
 
Texnika arasında roketlər, avtomatik tüfənglər, durbinlər, zirehli Hummer, Toyota maşınları da var.
 
Göndərilən yardım İraqdan Suriyanın şimalına daxil olub.
 
Qeyd edək ki, ABŞ YPG terror təşkilatını İŞİD-lə mübarizə məqsədilə maliyyələşdirir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook