SON XƏBƏR

ABŞ-dan Pekinə daha bir zərbə: 28 Çin şirkəti “qara siyahı”ya salındı

Oktyabr 08
11:42 2019
ABŞ Ticarət Nazirliyi 28 Çin şirkətini "qara siyahı”ya salıb.

Bu barədə "Reuters” müvafiq sənədə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çin şirkətləri ölkədəki Uyğur əhalisinin hüquqlarının pozulmasına görə ABŞ tərəfindən "qara siyahı”ya salınıb. Bildirilib ki, şirkətlər ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkət edib.

Bundan əlavə, nazirlik hesab edir ki, bu təşkilatlar ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook