SON XƏBƏR

ABŞ-dan Fələstinə konfederasiya təklifi: "İordaniya ilə birləşin"

Sentyabr 03
09:50 2018
ABŞ İordaniya və Fələstinin birləşməsi təklifi ilə çıxış edib.
 
Virtualaz.org bildirir ki, bu barədə İsrail KİV-i yazıb.
 
Bildirilir ki, Vaşinqton administrasiyasının xüsusi nümayəndəsi Mahmud Abbasa "İordaniya ilə konfederasiyanın xeyrinə müstəqil Fələstin dövləti ideyasından imtina etməyi" təklif edib.
 
Fələstin lideri Mahmud Abbas isə yalnız İsrailin bu konfederasiyanın tərkibində olacağı halda təklifi qəbul edəcəyini deyib.
 
İordaniya tərəfi isə bildirib ki, konfederasiya haqda məsələ "müzakirə mövzusu deyil".
 
Xatırladaq ki, Fələstin ərazilərini İordaniya ilə konfederasiyada birləşdirmək ideyası yeni deyil, ancaq bu mövzu 1993-cü ildən- Fələstin-İsrail probleminin nizama salınmasına yönəldilən və Qəzza sektorunda, eləcə də İordan çayının qərb sahilində Fələstin administrasiyasının yaradılmasını nəzərdə tutan Oslo Razılaşmasından sonra qaldırılmayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook