SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

ABŞ-dan Arif Hacılıya istefa çağırışı...

Sentyabr 17
11:01 2019
Müsavat Partiyasının ABŞ-da yaşayan üzvü Ramiz Yunus bu siyasi təşkilatın hazırkı başqanı Arif Hacılıya açıq məktub.

Modern.az xəbər verir ki, Ramiz Yunus Arif Hacılını Müsavat Partiyasının oktyabrın 12-də keçiriləcək qurultayında başqanlığa yenidən namizəd olmamağa çağırıb.
R.Yunus bildirib ki, o, bu illər ərzində biz Müsavat Partiyasının əvəzedilməz lideri, 20 il ərzində bu partiyanı ölkənin ictimai-siyasi həyatında lideri etmiş İsa Qəmbərin yanında olub "Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, İsa Qəmbər sonuncu qurultayda öz namizədliyini irəli sürmədi və bununla da partiya özünə yeni başqan seçməli oldu. O, əsl lider olaraq, yeni başqan kimi sizin yanınızda dayandı və əminəm ki, müsavatçıların seçdiyi istənilən yeni başqanın yanında duracaq. Mən, Müsavat Partiyasının tarixi Vətəninə dönməsində həlledici rol oynamış İsa Qəmbərin tarixi missiyasını bunda görürəm. Lakin, gəlin səmimi və vicdanlı olaq, İsa Qəmbərin başqanlıqdan getməsindən sonra, partiyanın cəmiyyətdəki nüfuzu və mövqeyi xeyli aşağı düşüb”.

R.Yunus Arif Hacılını Azərbaycan və Müsavat Partiyası naminə bu dəfə başqanlığa namizədliyini verməməyə çağırıb:

"Azərbaycan cəmiyyətində çox böyük ictimai-siyasi nüfuza malik, partiyamızın vicdanlı və parlaq üzvü Tofiq Yaqublunun namizədliyini müdafiə edin. Əminəm ki, siz belə etsəniz, həm müsavatçılar, həm də bütövlükdə Azərbaycan cəmiyyəti bunu çox böyük razılıqla qarşılayar. Əlbəttə ki, mənim sizə Müsavat Partiyasının Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında danışmağım yersiz olardı, ona görə də belə bir partiyanın liderlərinin tarixi məsuliyyətini və missiyasını nəzərə almağınızı xahiş edirəm. Biz hamımız birləşib Müsavat Partiyasını Azərbaycan cəmiyyətindəki layiq olduğu yerə gətirməliyik. Ümidvaram ki, bu məktubuma səmimi, tarixi məsuliyyətlə yanaşacaqsınız və Konfusi demişkən, qaranlıq otaqda olmayan qara pişik axtarılmayacaq”, - Ramis Yunus yazıb,

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir.
Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook