SON XƏBƏR

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsinə dair məxfi hesabat Obamaya təqdim edilib

Yanvar 06
08:14 2017
ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiya və digər xarici ölkələrin müdaxiləsinə dair məxfi hesabat Barak Obamaya təqdim edilib.  
 
APA-nın xəbərinə görə, bu barədə "Assoşieyted Press”ə  ölkənin kəşfiyyat orqanlarından bildirilib.  
 
Hesabatda yer alan məlumatlar yanvarın 6-da yeni seçilmiş prezident Donald Trampa təqdim ediləcək.  
 
Bundan əvvəl ABŞ milli kəşfiyyat direktorunun ofisi Rusiyanın kiberhücumlarına dair hesabatın qeyri-məxfi variantını gələn həftənin əvvəlində ictimaiyyətin diqqətinə çatdırmaq niyyətində olduğunu bildirib. Məlumata görə, həmin variantda "kəşfiyyatın mənbələri və vasitələrinə dair həssas məlumatlar əks olunmayacaq”.
 
Bundan əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri rusiyalı  hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.
 
Rusiya tərəfləri bütün ittihamları rədd edir.








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook