SON XƏBƏR

ABŞ-dakı azərbaycanlılar Ağ Evin qarşısında etiraz aksiyası keçirdi

May 22
00:39 2017
ABŞ-da yaşayan Güney və Quzey Azərbaycandan olan soydaşlarımız bu gün Ağ Evin qarşısında piket keçiriblər.
 
Bununla bağlı Musavat.com-a ABŞ-da yaşayan siyasi fəal Zaur Bayramlı məlumat verib. Zaur Bayramlı deyib ki, aksiya 22 may 2006-cı ildə İranda, Güney Azərbaycanın şəhərlərində baş verən izdihamlı etiraz aksiyalarına və qarşıdurmalara həsr olunub.
 
Xatırladaq ki, o zaman rəsmi "İran” qəzetində türklərə qarşı həqarətlərə yol verildiyi üçün bu, İran ərazisində yaşayan milyonlarla soydaşımızın kəskin etirazına səbəb olmuşdu və ölkəboyu keçirilən etiraz aksiyaları zamanı hakimiyyət tərəfindən qan tökülmüşdü, ölən, yaralananlar olmuşdu və minlərlə azərbaycanlı həbs edilmişdi.
 
ABŞ-da keçirilən aksiya zamanı həmin hadisələrdə şəhid olan fəalların xatirəsi sayğı ilə anılıb, həlak olan və həbs edilənlərin fotoları qaldırılıb. Piket zamanı səslənən çıxışlarda İran hökumətinə etirazlar ifadə olunub. Aksiyada "Güney Azərbaycan İran deyil!”, "Ana dilində təhsil istəyirik!”, "Güney Azərbaycanlı fəallara və siyasi məhbuslara azadlıq!”, "Güney Azərbaycan yazarlarına və jurnalistlərinə azadlıq!”, "İran farsların deyil!” və s. şüarlar səsləndirilib.
 
Z.Bayramlının dediyinə görə, aksiyaya kənardan çox böyük diqqət göstərilib: "Hətta Ağ Evin qarşısında olan ictimaiyyət nümayəndələri böyük maraqla bizim aksiyanın foto və videogörüntülərini götürürdülər. Aksiyamız dinc şəkildə, 1 saat ərzində davam etdi. Yekunda Güney Azərbaycan milli fəallarının adından mətbuat üçün hazırlanan bəyanat səsləndirildi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook