SON XƏBƏR

ABŞ-da qasırğa 15 nəfərin həyatına son qoydu

Yanvar 23
09:54 2017
Yanvarın 22-də ABŞ-ın Corciya ştatında tüğyan edən qasırğa 15 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olub.
 
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, əhaliyə ştat ərazisində qasırğanın olacağı barədə yanvarın 21-də xəbərdarlıq edilib. Qasırğa nəticəsində Corciya ştatında ölənlərin 7-si müvəqqəti sığınacaqlarda məskunlaşan insanlardır. Yanvarın 21-də isə qasırğa nəticəsində Missisipi ştatında dörd nəfər həlak olub.
 
Şiddətli qasırğanın sürətinin saatda 218 kilometr olduğu bildirilir.
 
Təbii fəlakətlə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Ştatın qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib.
Məlumata görə, təbii fəlakət Luiziana, Alabama və Texas ştatlarında da fəsadlar törədib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook