SON XƏBƏR

АBŞ-da məktəbdə baş verən atışmada 10 nəfər ölüb, 10 nəfər yaralanıb

May 19
01:37 2018
ABŞ-ın Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Texas ştatının qubernatoru Qreqq Ebbott bildirib. "10 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb. Bu faciənin təkrarlanması üçün əlimizdən gələni etməliyik”, deyə qubernator bildirib. Baş verən silahlı insident nəticəsində ölənlərin 9-u şagird və 1-i müəllim olub.

İlkin məlumata əsasən, məktəbdə atəşi 17 yaşlı şagird açıb. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook