SON XƏBƏR

ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələri məlum olub

Noyabr 07
11:05 2018
ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb.

CNN televiziyası xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib.

Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.

Belə ki, respbulikaçılar Konqresin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqresin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 197 yerə, Demokratlar Partiyası isə 238 mandata sahib olub.

Qeyd edək ki, aralıq mərhələdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə üçdə biri müəyyən ediləcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook