SON XƏBƏR

ABŞ-da daha bir məhkəmə Тrampın miqrasiya fərmanını "dondurdu"

İyun 13
00:32 2017
ABŞ-da sayca 2-ci apellyasiya məhkəməsi Donald Тrampın 6 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girişini dayandıran miqrasiya fərmanının təsirini dayandırıb.
 
Trend-in məlumatına görə, bu haqda "New York Times" nəşri xəbər verir.
 
Qərar San-Fransiskonun 9-cu dairənin məhkəməsi tərəfindən qəbul edilib. Daha əvvəl analoji qərar Virciniya ştatının Riçmond şəhərinin 4-cü apellyasiya məhkəməsi tərəfindən əbul edilib.
 
ABŞ prezidentinin Administrasiyası məhkəmələrin bu qərarlarından Ali Məhkəməyə şikayət vermək niyyətində olduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook