SON XƏBƏR

ABŞ-da 2017-ci ilin ən yaxşı avtomobili elan olunub

Aprel 13
05:26 2017
Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.

APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində keçirilən «İlin ümumdünya avtomobili» müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili "Jaguar F-Pace” elan olunub.

Bu model « Audi Q5» və «Volkswagen Tiguan» avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında "Mazda MX-5” qalib elan olunmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook