SON XƏBƏR

ABŞ bu gün qitələrarası ballistik raket buraxacaq

Aprel 26
11:02 2017
ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən "Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək.
 
APA-nın verdiyi xəbərə görə, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı "Vandenberq” bazasından buraxılacaq.
 
Komandanlıq nümayəndəsi sınağın əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi olmadıını bildirib.
 
"Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, - deyə polkovnik Con Moss bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook