SON XƏBƏR

ABŞ Aralıq dənizindəki gəmilərindən İŞİD-in mövqelərinə zərbələr endirməyə başlayıb

İyun 07
06:51 2017
ABŞ Aralıq dənizindəki gəmilərindən İŞİD-in mövqelərinə silsilə zərbələr endirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir. 

"İyunun 6-da "Sarsılmaz əzm” əməliyyatı çərçivəsində Aralıq dənizinin şərqindəki "Corc Buş” aviadaşıyıcısının rəhbərlik etdiyi bir qrup gəmilərdən İŞİD-in mövqelərinə zərbələr endirib”, - deyə məlumatda bildirir. 

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının gəmiləri iyunun 5-də Aralıq dənizinə daxil olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook