SON XƏBƏR

ABŞ aeroportunda silahlı insident: ölən və yaralananlar var

Yanvar 07
01:08 2017
Polis Florida ştatında silahlı insident nəticəsində 5 nəfərin öldüyünü təsdiqləyib.
 
APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.
 
Fort-Loderdeyl şəhərinin hava limanında baş verən insident zamanı 8 nəfərin yaralandığı bildirilir.
 
Atəşi açan şəxsin saxlanıldığı, hava limanında vəziyyətin nəzarət altında olduğu bildirilir. 
 
***
 
ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.
 
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.
 
NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook