SON XƏBƏR

Abdullah Gül yeni partiya yaratmadığını bildirib

Dekabr 04
01:23 2016
Türkiyənin keçmiş prezidenti Abdullah Gül yeni partiya yaratması haqda xəbərləri təkzib edib.
 
O, "CNN Türk"ə müsahibəsində Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməsi və yeni siyasi təşkilat yaratması haqda xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
 
"Məni tanıyanlar bilir ki, mən yerli insanam. Öz dəyərlərimizə inanan adamam. Amma yerli dəyərlərə inanan bir insan olaraq demokratiya və hüququ, bütün Qərb dünyasını çox yaxşı bilirəm. Əgər siyasətlə məşğul olsam, Qərbi Avropadan yox, öz xalqımdan dəstək alaram", - deyə Abdullah Gül bildirib.
 
Yeni partiya yaratması haqda xəbərləri təkzib edən Abdullah Gül bildirib ki, dövlət başçısı səlahiyyətləri başa çatdıqdan sonra siyasətdən getdiyini bir neçə dəfə bildirib. Lakin məlum siyasi dairələr bu məsələni məqsədli şəkildə gündəmə gətirirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook