SON XƏBƏR

Abdin Fərzəliyev konsul olmaq istəyir? - Şok iddia

Avqust 22
00:26 2017
Azərbaycanın ən imkanlı və qalmaqallı icra başçılarından biri olan Abdin Fərzəliyevin yaxın günlərdə vəzifəsindən azad olunacağı barədə Qlobal.az-a məlumat daxil olub.
 
Məlumata görə, uzun illərdən bəri paytaxtın ən perspektivli rayonuna rəhbərlik edən, bu illər ərzində qohum-əqrabasının, dost-tanışının adına dəyəri milyonlarla ölçülən daşınmaz əmlak sənədləşdirən icra başçısı xeyli müddətdir ki, sahib olduğu kapitalın əhəmiyyətli hissəsini Türkiyə və Rusiyada biznesə yatırıb.
 
2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin fərmanıyla "Dostluq” nişanı ilə təltif edilən Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev Rusiyanın Astarxan vilayətində böyük biznes şəbəkəsini yaratmağa müvəffəq olub. Əldə etdiyimiz məlumata görə, icra başçısının Astarxanda kapital yatırdığı əsas sahələr tikinti, balıqçılıq və digər qida sənayesidir. Ancaq bunlarla yanaşı, Abdin Fərzəliyevin Azərbaycanda – Bakı şəhərində də biznes fəaliyyətini davam etdirdiyi deyilir.
 
Məlumata görə, icra başçsının bu planı sadəcə görüntü yaratmağa hesablanıb. Belə ki, Prezident İlham Əliyev cənablarının keçirdiyi müşavirədə icra başçılarını xaricdən investorlar dəvət etməyə səsləməsinin ziddinə getdiyinin fərqində olan Abdin Fərzəliyev Bakıda obyekt tikdirməklə sahib olduğu milyonları ölkədən kənara çıxarmadığını nümayiş etdirir. 
 
Əldə etdiyimiz digər məlumata görə isə Abdin Fərzəliyev ciddi-cəhdlə Astarxan vilayətinə konsul təyin olunmaq istəyir. İcra başçısının bu istəyinə səbəb isə Astarxandakı biznesinə nəzarəti gücləndirməkdir.
 
Xatırladaq ki, Abdin Fərzəliyev ölkənin ən "rasxodlu” icra başçılarından sayılır. Onun hər il təkcə ov turizminə yüz minlərlə dollar xərclədiyi deyilir. İcra başçısının ov etmək üçün ən çox sevdiyi məkan isə Savanna yaylasıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook