SON XƏBƏR

Abbas Lisaninin vəkili həbs olundu

Oktyabr 21
12:43 2019
Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi Ərdəbildə saxlanılıb.

Qlobal.az "GünAz TV"yə istinadən xəbər verir ki, İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının İdarə Heyətinin üzvü və hüquqi komitəsinin katibi olmuş Məhəmmədrza Fəqihi Abbas Lisaninin hüquqlarını müdafiə etdiyi bir vaxtda həbs olunub. Məlumata görə, o oktyabrın 20-də Ərdəbil prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa müraciət etdikdən sonra təcridxanaya aparılıb. Hələlik vəkilin hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

Məhkəmə rəsmiləri azərbaycanlı vəkili azad etdirməyə cəhd göstərən milli-mədəni fəallara hələlik onun sərbəst buraxılması ilə bağlı qərar verilmədiyini bildirib.

Məhəmmədrza Fəqihi dünən səhər saatlarında Ərdəbil zindanında Abbas Lisani ilə görüşüb. Vəkil fəalın barəsində çıxarılan ağır həbs qərarı ilə bağlı Ali Məhkəməyə şikayət etməyə hazırlaşdığı bir vaxtda saxlanılıb.

Tehran sakini olan ərdəbilli vəkil bundan əvvəl də məhkəmə orqanları tərəfindən saxlanma ilə təhdid edilmişdi. Ona xəbərdarlıq edilmişdi ki, Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilən fəalın hüquqlarını müdafiə etməkdən imtina etməyəcəyi təqdirdə ona qarşı lazımi tədbirlər alınacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook