SON XƏBƏR

"AAAF Park"-dan YENİLİK - Ödənişli kartlar sakinlərin və qonaqların məmnunluğunu təmin edəcək

May 30
22:07 2018
Ötən həftə Qlobal.az saytında "AAAF Park" Yaşayış Kompleksinin yaxın günlərdə ödənişli kart sisteminə keçəcəyi barədə xəbər dərc olundu. 

"AAAF Park" Yaşayış Kompleksindən ödənişli kart sisteminin detalları barədə Qlobal.az-a ətraflı məlumat verilib. 
 
"AAAF Park" Yaşayış Kompleksində nəzərdə tutulan yenilikləri oxucularımıza təqdim edirik:
 
Sakinlər bir dəfə "SAKİN KARTI" almaqla ömürlük pulsuz giriş-çıxış əldə edəcək
 
"Zirvə” İnternational "Sport Clubs"-ın nəzdində fəaliyyət göstərən "AAAF Park Yaşayış Kompleksi" öz ərazisində yerləşən məkanlar və imkanlardan istifadədə ən yeni standartların mütəmadi tətbiqi, insanların rahatlığının maksimum təmin edilməsi istiqamətində ən böyük və çoxdan gözlənilən addımını atdığını elan edir.

Bildiririk ki, yaxın günlərdən etibarən sakin olmayan şəxslər üçün "AAAF Park Yaşayış Kompleksi"nin Park hissəsinə, yəni əyləncə və istirahət ərazisinə giriş ödənişli olacaqdır.
 
Kompleksin qonaqları ödənişlər edərək kart alıb Parka günlük, aylıq və ya illik giriş-çıxış hüququ əldə edəcəklər. Sakinlərə isə yalnız bir dəfə "SAKİN KARTI” almaqla əraziyə ömürlük pulsuz giriş-çıxış imkanı veriləcəkdir.
 
Qonaqlar bir ödənişlə iki və daha çox xidmətdən pulsuz istifadə edəcək

"AAAF Park"-ın xidmətlərindən istifadə edən qonaqların da narahatlığına əsas yoxdur. Onlar bir ödənişlə iki və daha çox xidmətdən pulsuz istifadə edə biləcək, ödədikləri məbləğin əvəzində gözləniləndən çox güzəştlər əldə edəcəklər. Zirvə İnternational Sport Clubs-ın heç bir xidmətdən istifadə etməyən qonaqlar ərazidəki ofis və s. digər istiqamətlərdən qonaq bileti vasitəsi ilə yararlanacaqlar.
 
Tətbiq olunacaq şərtlərlə tanış olandan sonra buna özünüz də əmin olacaqsınız. Ümid edirik ki, tikinti prosesi tam başa çatandan sonra təxminən 40 mindən artıq əhalinin məskunlaşacağı AAAF Parkın, bu nəhəng müştəri kütləsinə yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə atdığı bu addımı anlayış və rəğbətlə qarşılanacaq. Biz insanlar üçün çalışır, onların tələblərinə cavab vermək üçün əlimizdən gələni edirik. 

                                                                Zirve İnternational Sport Clubs kartlarından istifadə
 

 Kartın adı  Standart Member 17.00-a qədər  Premium Member 00.00-a qədər
 Qeyri-sakinlər  33 manat aylıq - 198 manat illik  44 manat aylıq - 264 manat illik
 Sakinlər (25 faiz endirimli)
 25 manat aylıq - 150 manat illik  33 manat aylıq - 198 manat illik

Hüquqlar:
 
1. İstədiyi idman növü üzrə 12 dəfə istifadə imkanı (Cüdo, Gimnastika, Karate, Şahmat, Rəqs, Üzgüçülük, Futbol və s.);
2. Eyni ay ərzində 12 gedişini bitirən hər kəs, həmin ay üzrə sonrakı gedişlərini 50 faiz endirimlə əldə edir; 
3. Kafe və restoranlar, mağaza, alış-veriş 10 faiz güzəşt;
4. Bizi təmsil edənlər və özəl toplanış məşqlərində yarış hazırlığı zamanı idmançılar üçün istisnalar olacaqdır;
5. Əyləncə məkanlarından (Limuland açıq və qapalı, Limuforest) limitsiz istifadə.
 
Qeyd: Özəl toplanış məşqlərində idmançıların hazırlığı üçün istisnalar olacaq.
 

                                                                           AAAF POOL & SPA KARTLARI


 Kartın ADI  STANDARD MEMBER 17:00-a qədər  PREMIUM MEMBER 00:00-a qədər
 QEYRİ SAKİNLƏR  44 manat aylıq / 264 M illik  88 manat aylıq / 528 manat illik
 SAKİNLƏR (25% ENDİRİMLİ)  33 manat aylıq / 198 M illik  66 manat aylıq / 396 manat illik

Hüquqlar:
 
1). AAAF Pool & SPA-dan istifadə (Türk hamamı, Sauna, Fitnes və Hovuz) üçün 1 ay üzrə 12 gediş təyin edilmişdir.
 
2). 1,3 və 5-ci günlər axşam saat 17:00-a qədər qadın günü təyin edilmişdir.
 

                                                            STANDARD CARD – SAKİNLƏR: 5 manat

 
Hüquqlar:
 
1. Parka 24 SAAT sərbəst giriş-çıxış;
2. Kafe və restoranlar, mağaza, alış-veriş 10% güzəşt;
3. Ramazan ayı boyunca 17:00 –a qədər Əyləncə Mərkəzlərindən pulsuz istifadə.
 

                                                                            Günlük biletli girişlər
 
PREMİUM GİRİŞ – BÖYÜKLƏR - 19 manat / UŞAQLAR (3-10 YAŞ) – 9 manat
 
Hüquqlar:
 
1.Zirvə Restroranında açıq bufet (axşam və aldığı günün sahuru daxil);
2.Açıq və ya qapalı əyləncə mərkəzlərindən 1 günlük pulsuz istifadə; 
3."Zirvə Fitness Mərkəzi”ndən 1 günlük pulsuz istifadə;
4.AAAF Pool & SPA –dan 1 günlük pulsuz istifadə.
 

                                             STANDARD GİRİŞ – BÖYÜKLƏR 5 manat/ UŞAQLAR (3-10 YAŞ) – 3 manat
 
Hüquqlar:
 
1. "Zirvə Fitness Mərkəzi”ndən 1 günlük pulsuz istifadə;
2. Açıq və ya qapalı əyləncə mərkəzlərindən 1 günlük pulsuz istifadə;
3. "Dalğa” restoranı və ya "Minkənd” açıq hava kafesində çay süfrəsi hədiyyə.
 

                                                               FUTBOL MEYDANÇASI GİRİŞİ – 1 nəfər 3 manat

Hüquqlar:
 
1. Açıq və ya qapalı əyləncə mərkəzlərindən 1 günlük pulsuz istifadə;
2. Meydançanın açıq hava kafesində çay süfrəsi;
 
Qeyd: Futbol meydançasından istifadə etmək üçün 10 bilet şərti mövcuddur.
 

                                                                                 Qonaq girişi

Hüquqlar:
 
1. Parkın nəzdində sadəcə istiqaməti üzrə getmək hüququ mövcuddur;
2. Heç bir xidmətdən ödənişsiz istifadə edə bilməz;
3. İstifadə etmək istədiyi xidmət üzrə müvafiq kart və ya paket satın alınmalıdır.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook