SON XƏBƏR

Ağ Evdən “Goldman Sachs” açıqlaması

Fevral 24
11:06 2017
Ağ Ev ABŞ prezidenti Donald Trampın iqtisadiyyat məsələləri üzrə müşaviri Gary Cohnun köhnə şirkəti "Goldman Sachs” ilə bağlı qərar verilməsinə heç bir təsirinin olmayacağını açıqlayıb.
 
Adını açıqlamaq istəməyən bir Ağ Ev rəsmisi keçmişdə ABŞ investisiya bankı "Goldman Sachs”ın iki nömrəli idarəçisi olan Cohnun bankla bağlı məsələlərdən uzaq duracağını söyləyib. Həmin səlahiyyətli bu siyasətin Tramp tərəfindən müəyyən edilən etik normalara uyğun olduğunu bildirib.
 
"Financial Times” qəzeti yazır ki, Cohn bir il əvvələ qədər "Goldman Sachs” ilə əlaqədar yüksək səviyyədə lobbi fəaliyyətlərində iştirak edirdi. Trampın Cohnu baş müşavir və Milli İqtisadiyyat Şurasının rəhbəri təyin etməsi, Trampın böyük şirkətlərin paytaxta etdiyi təzyiqə qarşı çıxması üzündən tənqid olunmuşdu.
 
Tramp kampaniyası zamanı, xüsusilə "Goldman Sachs” kimi böyük şirkətləri Amerika siyasəti üzərində dominantlıq etməkdə günahlandırırdı.
azadliq.info






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook