SON XƏBƏR

Ağ Evdə növbəti dəyişiklik: cəmi 11 gün vəzifədə qaldı

Avqust 01
11:07 2017
Ağ Evin kommunikasiya direktoru Antoni Skaramuçi vəzifəsindən azad edilib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, onun ABŞ prezidenti Donald Tramp özündən vəzifəli şəxslərə kobud davrandığını bildirərək bu addımı atdığı iddia edilir.
 
21 iyul tarixində Ağ Evin mətbuat sözçüsü Şon Spayser Skaramuçinin təyininə etiraz olaraq istefa vermişdi. 
 
Ağ Evdən verilən açıqlamada isə bildirilir ki, Skaramuçi Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə öz komandasını qurmaq imkanı yaratmaq niyyətilə vəzifəsindən gedəcək.
 
ABŞ mediası isə bu dəyişikliyin Con Kellinin istəyi ilə edildiyini deyir.
 
Qeyd edək ki, son dövrlərdə Ağ Evdə qalmaqallı dəyişikliklər və təyinatlar baş verir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook