SON XƏBƏR

Ağ Ev: “Trampla Putin arasında telefon danışığına dair razılıq əldə olunmayıb”

Yanvar 24
06:44 2017
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığına dair razılıq əldə olunmayıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
 
"Bildiyimə görə, Donald Tramp və Vladimir Putin arasında telefon danışığına dair razılıq hələ ki, əldə olunmayıb”, deyə Ş.Spayser bildirib.
 
Onun sözlərinə görə, Tramp kəşfiyyat rəsmiləri ilə kiberhücumları da müzakirə etməyib. Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva bu ittihamları rədd edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook