SON XƏBƏR

Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb

İyul 13
11:33 2017
Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti rəhbərinin müavini Sara Sanders bildirib.

"Düşünürəm ki, bu tamamilə gülünc təklif siyasi oyunbazlığın uğursuz təzahürüdür”, deyə S.Sanders vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook