SON XƏBƏR

Ağ Ev: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir"

İyun 27
07:08 2017
ABŞ prezidenti Donald Tramp ölkəsinin dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

Onun sözlərinə görə, Tramp daxili enerji resurslarından istifadə etməklə ABŞ-da yeni iş yerləri açmaq, ölkənin xaricində isə enerji liderliyini möhkəmləndirmək niyyətindədir.

"Bu həftə ərzində bununla bağlı mühüm açıqlamanın veriləcəyi gözlənilir”, deyə Ş.Spayser vurğulayıb. Enerji liderliyi deyəndə, nəyin nəzərdə tutulduğu barədə sualı cavablandıran Ş.Spayser bildirib ki, söhbət o cümlədən sıxılmış təbii qazın tədarükündən gedir. "Bu məsələnin həm iqtisadi, həm də siyasi aspekti mövcuddur”, Ş.Spayser qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook