SON XƏBƏR

680 min “Mazda” avtomobili geri çağırılır

İyul 11
11:00 2017
Məşhur Yaponiya avtomobil istehsalçısı "Mazda”nın buraxdığı 680 min 642 avtomobil hava yastıqlarında yaranan problemlərə görə geri çağırılacaq.
 
Bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2008-ci ilin sentyabrından 2016-cı ilin martınadək olan dövrdə buraxılan "Mazda 6” modelləridir. Gələn ilin martından başlanacaq proses çərçivəsində problemli hissələr "Mazda”nın Çindəki tərəfdaşı FAW-ın hesabına aradan qaldırılacaq.
 
"FAW (First Automotive Works) Group Corporation” dövlət şirkəti Çinin böyük avtomobil istehsalçı şirkəti olmaqla yanaşı, xarici tərəfdaşları ilə birgə "Volkswagen”, "Toyota”, "Mazda”, "General Motors” və digər avtomobil brendlərinin Çində yığımını və satışını təşkil edir.(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook