SON XƏBƏR

5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

May 23
10:41 2018
Azərbaycan Yaradıcılıq Fondu yeni layihəyə başlayıb

Fonddan Kulis.aza verilən xəbərə görə, "Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.

Fond "Ədəbiyyat adamı” layihəsi çərçivəsində artıq ilk işini yekunlaşdırıb. Qurumun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçıya mükafat təqdim edilib.

Nəriman Əbdülrəhmanlı

Səlim Babullaoğlu

Seyfəddin Hüseynli

Elnarə Akimova

Şirindil Alışanlı

Mükafatın məbləği 1000 manatdır. Mükafat qaliblərə bu həftə təqdim ediləcək.

"Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook