SON XƏBƏR

5 nəfər prokurorluq orqanlarından xaric olunub

Sentyabr 28
10:49 2018
"Ötən bir ildə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər prokurorluq orqanlarından xaric olunub".

Bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov yazdığı məqalədə bildirib.

"Bu dövrdə prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib, kadrlarla iş sahəsində görülən tədbirlər nəticəsində tələbkarlıq daha da artıb, əmək və icra intizamına nəzarət gücləndirilib, fəaliyyətlərində qanunsuzluq hallarına, xidməti intizamın pozulmasına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılıb”, deyə Zakir Qaralov qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook