SON XƏBƏR

5 ay karantin olmaz: Hər şey nəticəyə görə mühakimə olunur - Professor

Avqust 07
13:38 2020
"5 ay karantin olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sərt karantin rejiminin yumşalmasından danışarkən deyib. Onun sözlərinə görə, karantin qaydaları birdəfəlik yumşaldılmalıdır:

"5 ay "evdə qal” karantini onu göstərdi ki, bunlar bu işi bacarmadılar. Hər şey nəticəyə görə mühakimə olunur. Hər yer bağlı, yeganə açıq məkan çimərliklərdir. Həftə sonu ictimai nəqliyyat işləmir. Kasıb o çimərliyə necə getsin? Bütün işləri belədir. Guya nəyisə bağlamaqla məsələ həll olunur? Metro da bağlıdır”.

Adil Qeybulla bildirib ki, hazırda Sumqayıta gedən qatarı bağlamaq istəyirlər: 

"Bütün güc ictimai nəqliyyatın üzərinə düşəcək. İctimai nəqliyyat bu yükü necə çəkəcək. Bunu da düşünsünlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook