SON XƏBƏR

“48 min kreditin restrukturizasiyası üçün müraciət edilib” - Elman Rüstəmov

May 13
11:37 2020
"Mayın 7-nə qədər Azərbaycanda 549 milyon manat məbləğində 48 min kreditin restrukzasiyası üçün müraciət edilib”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

"Bunlardan yalnız 15 müraciətə müsbət cavab verilməyib. Ümumiyyətlə isə müraciətlərin 91%-i biznes, 9%-i istehlak, o cümlədən 5%-i ipoteka kreditlərinə aiddir. Artıq müraciətlərin 37%-i və yaxud təxminən 200 milyon manatlıq hissəsinə baxılıb”, - deyə o, qeyd edib.

Bundan başqa, baş bankirin sözlərinə görə, AMB-nin "Qaynar xətti”nə 15 fiziki şəxs müraciət edərək bankların güzəştlərlə bağlı tövsiyyələrə əməl etmədiyini bildirib: "Biz hazırda bu müraciətləri ciddi araşdırırıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook