SON XƏBƏR

40 ölkənin parlament rəsmisi Azərbaycana gəlir

Sentyabr 17
13:45 2018
Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı tədbirlərə qatılacaq ölkələrin siyahısında dəyişiklik olub, Bakıya 40 ölkənin parlament rəsmiləri səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Open.az-a açıqlamasında bildirib ki, bunlardan 14 ölkə parlamentinin spikeri, 13 ölkənin vitse spikeriləri və 13 ölkə parlamenti isə digər səviyyədə təmsil olunacaq.

Bundan başqa bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də yubiley tədbirlərinə qatılacağı gözlənilir. Səfərlər 19-22 sentiyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, sentiyabrın 21-də Milli Məclisin parlamentin 100 illiyi ilə bağlı yubiley plenar iclası da nəzərdə tutulub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook