SON XƏBƏR

350 mindən çox uşağın həyatı təhlükədədir

Fevral 20
11:08 2017
"Save the Children" Mosulun qərb hissəsinin azad edilməsi ilə bağlı planlaşdırılan əməliyyatlara görə Amerika Birləşmiş Ştatlarını və İraq təhlükəsizlik qüvvələrini xəbərdar edib. 

Qlobal.Az istipress-ə istinadən xəbər verir ki, burada 350 mindən çox uşağın təhlükəsizliyi sual altındadır. 

Londona məxsus bu qeyri - hökumət təşkilatı yazılı müraciətində "İraq v ə ABŞ qüvvələrinin uşaqlara və onların ailələrinə zərər gəlməməsi üçün əllərindən gələni etmələri, şəhərin daxilində irəlilədikcə xəstəxanalara, məktəblərə və digər sosial obyektlərə atəş açmamağı" bildirib.

Təşkilat yaydığı açıqlamada baş verə biləcək hər - hansı partlayış zamanı əhalinin sıx yaşadığı bölgələrdə minlərlə uşağın ölə biləcəyini ehtimal edir. "Vətəndaşlar üçün ən qısa zamanda təhlükəsiz qaçış yolları formalaşdırılmalıdır" deyə bəyanatda vurğulanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook