SON XƏBƏR

“30 saylı Suraxanı birinci seçki dairəsi ilə bağlı ciddi ölçü götürüləcək” – MSK sədri

Yanvar 27
19:16 2020
Mərkəzi Seçki Komissiyasına (MSK) 30 saylı Suraxanı birinci seçki dairəsindən ciddi qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub.

Bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. 

MSK sədri deyib ki, ümumilikdə bu tipli şikayətlərlə bağlı araşdırma aparılır: "Seçicilərin ələ alınması üçün ərzaq paylamaq Seçki Məcəlləsinə meydan oxumaqdır. Bu cür hallara yol vermək olmaz. Bütün bu hallarla bağlı sosial şəbəkələrdə yayılmış görüntülər də MSK tərəfindən araşdırılır. Bu, digər məsələlərlə müqayisə olunmayacaq qanun pozuntusudur. MSK bu kimi hallara çox pis yanaşır və bu hallarla bağlı ciddi ölçü götürüləcək”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook