SON XƏBƏR

28 May - Respublika Günü münasibətilə Naftalanda tədbir keçirilib

May 26
15:35 2017
Naftalan şəhərində "28 may-Respublika günü”nə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.
    
26 May 2017-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "28 May-Respublika günü”nə həsr edilmiş ümumşəhər tədbiri keçirilib.
     
Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq bildirib ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika-Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, bu müddətdə qəbul olunan mühüm qərarlardan söz açıb. Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin də, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən danışan şəhər rəhbəri ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Ümummilli Liderin siyasi xəttinin davamçısı cənab Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb. 
     
Həmçinin tədbirdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov "28 may” tarixi haqqında geniş məlumat verdi.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook