SON XƏBƏR

28 May günü “Babək” filmini efirlərdə görmək istəməyən deputatı siz də tanıyın...

May 29
12:10 2017
Azərbaycan televiziyaları Ramazan ayında islamın gözəl mesajlarını insanlara çatdırmaqdan imtina etmə siyasətini bu il də davam etdirir.
 
Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa TV-lərdə ramazan ayında verilən verilişlərlə bağlı fikirlərini bölüşərkən deyib.
 

 
O, Türkiyə TV-ləri ilə müqayisə apararaq qeyd edib: "Sahura qədər Türkiyə kanallarından müxtəlif din bilginlərinin İslamla, Quranla bağlı yorumlarını izləməyə çalışıram. Fərq qoymuram, hər bir bilgə insandan bir şeylər öyrənməyə çalşıram. Kimsəni qaralamaq zehniyyətindən uzağam. Hər bir yorumda faydalanacağın bir çox məqamlar var. TV8-də daha səviyyəli proqram olduğunu düşünürəm. Əmrə Dormanla qonaqlarının müzakirəsi daha maraqlı anlayışlar qazanmağa yardımçı olur. Bu anda dəyərli bilim adamı Məhməd Okuyanın gözəl yorumunu zövqlə izləyirəm. Fatih Çıtlak da, Mustafa Karataş da, Bayraqdar Bayraqdarlı da, Əbdüləziz Bayandır da, Ömər Döngəloğlu da yaxşı proqram təqdim edirlər. Mustafa İslamoğlunun da orijinal yanaşmasından faydalanmaq fürsəti əldə edə bilirsən. Hərdən bu alimləri qaralayan dinçilərin kampaniyaçılığının səbəblərini anlamağa çalışıram. Bu alimlər faydasız heç nə söyləmirlər, gözəl şərhlər verirlər, anlaşılan dillə Quranın gerçək mahiyyətini, islamın doğru vizyonunu anladırlar. Bəs o halda niyə sevmirlər bu dəyərli alimləri? Yalandan fikirlərini kontekstdən çıxararaq islama zidd şəkildə təqdim edərək adamları ittiham edirlər? Bunu edənlərin də əksəriyyəti təqdimat üsulundan anlaşılır ki, bilgicə, dünyagörüşcə xeyli yarımçıq insanlarıdir. Fikrimcə, bunların böyük çoxluğu islam terrorçularıdır. Yəni bir qismi əlində silah terrorçu kimi islamın təqdimatını verməklə özünü ifadə edirsə, digərləri də sosial şəbəklərdə, ayrı-ayrı sferalarda sağlam düşüncəli din bilginlərini, dəyərli alimləri qaralamaqla, iftira atmaqla öz terrorçu mahiyyətini ifadə edir. Halbuki, həqiqətən islama bağlı insan sevinməlidir ki, kimliyindən asılı olmayaraq doğru və anlaşılan şəkildə insanlarda bu dinə sevgi, maraq yarada bilir. Qaldı Azərbaycan televiziyalarına, Ramazan ayında islamın gözəl mesajlarını insanlara çatdırmaqdan imtina etmə siyasəti bu il də davam edir. Hələ daha maraqlısı da budur ki, Ramazan ayında islam dininə qarşı çıxış motivi əsasında çəkilmiş "Babək" filminin nümayiş etdirildiyini görəndə təəccübləndim. Yəni biz hələ də adını ərəb işğalı qoyub islamla Ramazan ayında da savaşmaqdayıq mesajını verirlər sanki... Özləri bilər, sonra yanıqlı-yanıqlı xurafatdan, cahillikdən danışılanda, səbəblərini bir az da bu yanlış proqram siyasətində axtarmalarını xatırlatmağa çalışacağıq. Diləyim budur ki, hamıdan, hərşeydən faydalı olanları öyrənmək fürsətini qaçırmayaq!”
 
Xatırladaq ki, Babək Azərbaycanın tarixi qəhrəmanıdır, ərəb xilafətinin işğalına qarşı mübarizə aparıb, hər bir azərbaycanlının təfəkküründə azadlığın simvoludur. Filmin yayımı isə Azərbaycanın Respublika Günündə ənənəvi olaraq qəhrəmanlıq filmləri silsiləsindən efirə gedib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook