SON XƏBƏR

27 dövlət əmlakı özəlləşdirilir - vaxt açıqlandı

Sentyabr 03
02:03 2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 1-də hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki "Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.

Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook