SON XƏBƏR

26 illik avtokrat gənc evdar qadına uduzdu – Politoloq

Avqust 10
12:45 2020
"26 illik avtokrat heç bir siyasi təcrübəsi olmayan gənc evdar qadına uduzdu”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Belarusda keçirilən prezident seçkilərindən danışarkən deyib. O bildirib ki, bunu Lukaşenkonun özü də bilir:

"Bunu özü də, ölkə də, dünya da bilir. 80%-lə qalib gəlmiş lider ordu və OMON-u küçələrə tökməz, interneti kəsməz. Batka legitimliyini itirdi. Belarus xalqı ilk dəfə gördü və hiss etdi ki, dəyişiklik edə bilər. Bu önəmlidir.

Növbəti seçkidə - əgər o vaxta qədər qalsa - məncə, Lukaşenko olmayacaq”.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidə hazırkı prezident Aleksandr Lukaşenko səs çoxluğu ilə qalib elan olunub. Onun əsas rəqibi isə müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya idi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook