SON XƏBƏR

“21-ci əsrin dünya siyasətini Türkiyə şəkilləndirəcək…” – İngiltərənin eks Xarici İşlər nazirindən sensasiyalı açıqlama

Fevral 17
16:01 2017
Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Miliband Türkiyənin yaşadığı çətinliklərdən çıxıb-çıxmamasının 21-ci əsr üçün həlledici olacağını deyib.
Avropa.info xəbər verir ki, Devid Miliband Türkiyənin başqa dövlətlərin seçimlərini təyin etmə nöqtəsində çox mühüm rol oynayacağını bildirib.
 
"Türkiyə sadəcə turizm baxımından deyil, bir çox baxımdan xüsusi bir ölkədir. Türkiyə fövqəladə tarixi, ənənəsi və mövqeyinə görə Şərqlə Qərbi birləşdirən mühüm bir dövlətdir. Bu ölkə eyni zamanda 21-ci əsrin və qlobal dünyanın necə inkişaf etməsində də həlledici rol oynayacaq” deyə Miliband bildirib.
 
Hazırda qlobal siyasətdə qeyri-müəyyənliklərin mövcud olduğunu qeyd edən Miliband, Türkiyənin üzləşdiyi çətinliklərdən necə çıxabiləcəyinin həlledici olduğunu deyib.
 
"Türkiyənin üzləşdiyi çətinliklərdən necə çıxa bilməsi əslində 21-cu əsrin gedişini müəyyən edəcək. Türkiyə başqa dövlətlərin seçimlərini təyin etmə nöqtəsində da çox əhəmiyyətli bir rol oynayacaq. Eyni zamanda 21-ci əsrin və qlobal dünyanın necə inkişaf etməsində də həledici rol oynayacaq” deyə Miliband bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook