SON XƏBƏR

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

Fevral 13
14:04 2020
12 fevral 2020-ci il tarixində 242 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun C.Naxçıvanski küçəsi 28, 30, 33, 34 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Qlobal.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Nizami bələdiyyəsinin üzvləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak edib.

Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların dam örtüklərinin və blokların təmiri, ağacların budanması, liftlərin təmiri, qazılmış ərazilərin asfaltlanması və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərlərinin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və nəzarətə götürülüb.
 
Qlobal.az
 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook