SON XƏBƏR

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təklifə reaksiya

Mart 02
11:34 2019
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

Qlobal.az-ın "Report"a istinadən məlumatına görə, E.Əzizov hazırki strukturun daha səmərəli fəaliyyət göstərdiyini bildirib: 

Onun sözlərinə görə, bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil: "Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə tənzimlənir. Konstitusiya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hərəsinin öz üstünlüyü var. Hər iki institutun zəif yerləri də var. Hesab edirəm ki, hazırkı struktur daha səmərəli işləyir. Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook