SON XƏBƏR
  • "Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - ŞİKAYƏT"Azərpambıq ASK” MMC-nin Bərdə rayonundakı işçisi nə əmək haqqını, nə də əlavə ayrılmış subsidiyanı ala bilmir Əlil övladının müavinətini bəzən olur ki, pambığla bağlı işlərə xərcləyir. Axırda da o..
  • Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edibAzərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə işti..
  • Cəbhə bölgəsində son vəziyyətErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Krasno..
  • Pensiyalar yenə qalxacaq - Oktyabrın 1-dən"Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev ..
  • DİN əməkdaşlarının maaşları artırılıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) ma..
  • Müəllimlərin də maaşı artdıPrezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. ..
  • “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədiRusiyaya məxsus "Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istəyib. Qlobal.az APA-ya istinadən xəbər verir ki, "Ural” avia şirkətinin mətbu orqanı olan jurnalda Dağlıq Qarabağa helikopterlər..
  • Prezidentdən sərəncam: Minimum əməkhaqqı 250 manat olduPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.   Qlobal.Az xəbər verir ki, sərəncama görə, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib..
  • Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib”"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar". Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki,..
  • Nərimanovda bir qrup sakin aksiya keçirdi – SəbəbBu gün "İnteks” MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar. Qlobal.az Sputnik.az-a isti..

Bu gün Azərbaycanda Neftçilər günüdür

Sentyabr 20
09:37 2018
Bu gün Azərbaycanda üç neft-qaz - "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir. Bu sənəd iri enerji layihəsinin başlanğıcı oldu.

20 sentyabr 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verdi.

Müqavilədə Amoco, Unocal, Pennzoil, Exxon, McDermott, Britaniyadan British Petroleum və Ramco,  Norveçdən Statoil, Rusiyadan LUKoil, Türkiyədən TPAO, Delta Oil Səudiyyə Ərəbistanından, Yaponiyadan İtochu şirkətləri iştirak etdi. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edirdi.

"Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları iş strukturları yaatdılar – İdarə Komitəsi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AMOK) və Konsultasiya Şurası.

"Əsrin müqavbiləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu.

Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı bu layihələr, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.

İlk neft "Əsrin müqaviləsi” imzalandıqdan 3 il sonra çıxarılıb.

"Azəri-Çıraq-Günəşli”də neft çıxarılmasının artırılması yeni yataqların istismara verilməsi ilə əldə edildi. "Çıraq” yatağında neft hasilatı 1997-ci ildən, "Mərkəzi Azəri”də - 2005-ci ildən, "Qərbi Azəri”də 2006-cı ilin əvvəlindən, "Şərqi Azəri” – 2006-cı ilin sonundan başlayıb. "Günəşli” yatağının dərin sulu hissəsində hasilat 2008-ci ilin ortalarından başlayıb.

Bundan sonra Azərbaycanın neft-qaz potensialı bütün dünyaya təqdim edildi. Bakı-Novorossiysk və Bakı-Supsa kəməri ilə neft ötürmələri başladı, Bakı-Ceyhan neft kəməri tikildi. Beləliklə də Qara, Xəzər və Aralıq dənizi regionlarında əməkdaşlıq başladı. Sonra isə Azərbaycan tranzit ölkə rolunu oynamağa başladı.

Neft hər zaman ölkə iqtisadiyyatımızda həlledici rol oynayıb. Amma məlum olduğu kimi sovet dövründə Azərbaycan neft-qaz sənayesinin  əksər müəssisələri birbaşa Moskvaya tabe idi, bu isə Azərbaycanın "qara qızılı” və "mavi yanacağı”nın satışından heç bir gəlir almaması demək idi.

"Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı.

Amma "Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə dedilən maddi gəlirlərlə məhdudlanmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlarlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı.

"Əsrin müqaviləsi” sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin etməklə qalmayib, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatında iştirak etməyə hazırlaşır.

Qeyd edək ki, məhz "Əsrin müqaviləsi”nin imzalandığı gün Azərbaycanda neft sahəsində çalışanlar öz peşə bayramları – Neftçi gününü qeyd edirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook