SON XƏBƏR

Əsgərimiz şəhid oldu

Dekabr 14
12:08 2017
Azərbaycan ordusu şəhid verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook