SON XƏBƏR

Azərbaycan nefti bahalaşdı

İyun 29
06:19 2017
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 47,8 dollar/barel təşkil edib ki, bu da iyunun 22-ə olan göstəricidən 1,53 dollar/barel çoxdur.
 
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 47,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,55 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə iyunun 27-də 44,88 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiymətinə gəlincə, o, iyunun 27-də 46,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar/barel çoxdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook