SON XƏBƏR

"Rusneft"in şəriki: " Əgər biz 700 min ton çıxarırıqsa, bu, ildə 60 milyon ton hasilat olan Qazaxıstan və Azərbaycan üçün gülməlidir"

İyun 28
06:22 2017
Azərbaycan və Qazaxıstan onların ərazisində "Russneft" və Qutseriyevlər ailəsinin digər neft hasil edən şirkətlərindən neft hasilatını azaltmağı istəməyib.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Rusneft"in şəriki Mixail Qutseriyev deyib.
 
"Xeyir, istəməyiblər. Oradakı həcmlər elə də böyük deyil. Əgər biz 700 min ton çıxarırıqsa (İl ərzində Qazaxıstanda – red.), bu, ildə 60 milyon ton hasilat olan Qazaxıstan və Azərbaycan üçün gülməlidir. Bu, bizim üçün çoxdur, lakin onların bazarı üçün heç bir rol oynamırıq", - deyə Qutseriyev bildirib.
 
O xatırladıb ki, şirkət aşağırentabelli quyularda hasilatı azaldaraq onu yüksəkrentabelli hasilat ilə əvəzləyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook