SON XƏBƏR

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

Mart 16
19:39 2017
Bu gün deputat Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
 
Seçicilər təhsil, əfv, məşğulluq, hüquq, mənzil-kommunal məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini millət vəkilinə çatdırıblar. İrəli sürülən məsələlərin bəzilərini yerindəcə həll edən Azay Quliyev, digərlərinin aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edib.
 
Azay Quliyev həmçinin seçicilərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edərək onlara bol ruzi, xoşbəxtlik arzu edib.
 
Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook