SON XƏBƏR

Qar Bakını iflic etdi - XƏBƏRDARLIQ

Fevral 17
10:01 2017
Əvvəlcədən xəbərdarlıq edildiyi kimi ölkə ərazisində ötən gündən başlayan qar yağışı bu saatlara kimi davam edir. Paytaxt Bakı və Abşeron yarımadası da daxil olmaqla intensiv yağan qar bir sıra fəsadlara da səbəb olub. Xüsusi ilə yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Sərnişinlərin istipress-sə verdiyi məlumata görə, şəhər daxilində bəzi avtobusların intervalı artırılıb, bəziləri isə səhər saatlarında ümumiyyətlə xəttə çıxmayıblar. Nəticədə yüzlərlə insan küçələrdə qalıb.  

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin istipress-sə verdiyi məlumata görə, səhər saatlarından əksər marşurutların fəaliyyəti ilə bağlı quruma müraciətlər daxil olub. "Qarlı hava ilə əlaqədar olaraq yollarda hərəkət çətinləşib. Avtobuslar da digər nəqliyyat vasiələri də yolda təhlükəsizliyi təmin etmək üçün aşağı sürətlə hərəkətlə idarə edirlər. Bunun üçün də müəyyən gecikmələr baş verib. Bu isə meteoroloji amillərlə bağlıdır".

Fevralın 17-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Fevralın 18-də isə soyuq hava şəraitinə baxmayaraq havanın oksigenlə zəngin olması müsbət amildir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qeyri-sabit hava bu gün də davam edəcək. Fevralın 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə qar yağışı intensiv olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook