SON XƏBƏR

"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırdı

Dekabr 08
22:22 2016
Bu gün Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində son oyununu keçirib. 
 
"Report"un məlumatına görə, VI turda rəqib İtaliyanın "Fiorentina" klubu olub.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyuna meydan sahibləri sürətli başlayıb. "Qarabağ"ın ilk dəqiqələrdə təşkil etdiyi hücumda Dino Ndlovu fərqlənə bilməyib. Hücumçu rəqib qapıçı ilə təkbətək çısa da, topu dirəyə vurub. Bir neçə dəqiqədən sonra rəqib futbolçunun zərbəsi də İbrahim Şehiçin qoruduğu qapının dirəyinə tuş gəlib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb.
 
İkinci hissəyə isə qonaqlar aktiv başlayıb. Hücumların nəticəsində "Fiorentina" oyunun 60-cı dəqiqəsində hesabı açmağa müvəffəq olub. Veçino Matias topu tora qovuşdurub. "Qarabağ"ın cavab topu isə özünü çox gözlətməyib. 62-ci dəqiqədə Rahid Əmirquliyevin əvəzinə meydana daxil olan Reynaldo 11 dəqiqə sonra fərqlənib - 1:1. Lakin bu da oyunda vurulan son qol olmayıb. Meydan sahiblərinin qol sevinci cəmi 3 dəqiqə çəkib. Federiko Kyesa matçın 76-cı dəqiqəsində fərqlənməklə komandasını hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Maksimilyano Olivera kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Qarşılaşma bu hesabla da başa çatıb.
 
Bununla da Azərbaycan təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Bu nəticə ilə "Fiorentina" (13 xal) birinci, Çexiya "Slovan"ı ilə oyunda qələbə qazanan Yunanıstan PAOK-u (10 xal) isə ikinci pillədə 1/16 final mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" qrup mərhələsində 7 xal toplayıb. 
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook