SON XƏBƏR

“20 Yanvar” metro stansiyası qərənfillərə büründü

Yanvar 20
11:44 2017
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar bütün metro stansiyaları qərənfillərə bürünüb. Xüsusən, metronun "20 Yanvar” stansiyasında faciəni yad etmək üçün ənənəvi olaraq qərənfillərdən müxtəlif kompozisiyalar hazırlanıb.
 
Stansiyalarda matəm musiqisi səsləndirilir.
 
Bu gün həmçinin saat 12:00-da bütün qatarların siqnal verəcəyi bildirilir. 27 il əvvəl şəhid olan faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook