SON XƏBƏR

16 il həbs yatmış deputat yenidən qandallandı –Təfərrüat

May 30
00:14 2017
Türkiyədə kürdlərin partiyası sayılan HDP-nin Siirt şəhərindən seçilmiş deputatı Bəsimə Konca yenidən həbs edilib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, deputat "Silahlı terror təşkilatına üzv olmaq" və "Terror təşkilatının təbliğatını aparmaq" kimi ağır maddələrlə ittiham olunur: "Bu ittihamlar üzrə onu 20 il müddətinə həbs gözləyir".

Xatırladaq ki, Bəsimə Konca aprel ayında qeyd edilən ittihamla saxlanılmışdı. Mayın 3-də keçirilən məhkəmədə isə hakim onu azadlığa buraxıb. Lakin prokurorun etirazı üzrə o, bu gün yenidən həbs olunub.

Onu da qeyd edək ki, 1970-ci il doğumlu deputat 1993-2004 illərdə həbsdə olub. 11 illik həbsdən sonra, o,  2009-cu ildə yenidən PKK-ya dəstək ittihamı ilə qandallanıb. 2014-cü ildə azadlığa çıxan Bəsimə Konca dərhal siyasətə atılıb. Və cəmi bir il sonra, yəni  2015-ci ildə keçirilən parlament seçkilərində o, HDP-nin namizədi kimi Siirt şəhərindən millət vəkili seçilib. Ümumilikdə, 16 il həbs yatmış deputat bu gün isə yenidən həbs edilib…



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook