SON XƏBƏR

1500 nəfər Ermənistan qaçqını Prezidentə müraciət etdi

Mart 01
15:46 2021
Ermənistandan qaçqın düşən 1500 nəfər Prezident İlham Əliyevə müraciət edib.
 
Bu barədə Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov məlumat verib. O bildirib ki, Qarabağa qayıtmaq istəyənlərin siyahısı bu gün Prezident Adminstrasiyasına təqdim edilib:

"Bu gün birliyə müraciət etmiş, Ermənistan qaçqını kateqoriyasına aid olan 1500 (min beş yüz) ailə başçısının adlarının yer aldığı növbəti siyahımızı Prezident Adminstrasiyasına təqdim etdik. Həmin vətəndaşlar bu gün işğaldan azad olunmuş Dağlıq Qarabağın Hadrut, Suqovuşan, Xocavənd, Şuşa rayonları ərazilərində məskunlaşmaq istəyində olduqlarını bildiriblər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook