SON XƏBƏR

15 milyon manat mənimsəmiş Rauf Allahverdiyev məhkəmə qarşısında

Yanvar 17
13:51 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və sənəd saxtalaşdırmaqda ittiham olunan iş adamı Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Məlum olub ki, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra şirkətin inkişafı məqsədilə maliyyə cəlb etməyə çalışıb. O, adını dəyişərək, özünü Yusifov Rail kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq Azərbaycan Beynəlxalq Bankının Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. Belə ki, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin o, Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

R.Allahverdiyevin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Buna görə də, proses yanvarın 21-dək təxirə salınıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook